Boks üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan çempionatında Sumqayıt boks məktəbinin yetirmələri fərqləniblər.
Sumqayit24.az xəbər verir ki, Sumqayıt boksçularından Məhəmməd Rəsulov 50 kq çəki dərəcəsində 1-ci yer, Şükar Əliyev 70 kq çəki dərəcəsində 2-ci yer, Hüseyn Quliyev 48 kq çəki dərəcəsində və Azad Hüseynov 80+ kq çəki dərəcəsində 3-cü yeri tutublar.
İdmançıların məşqçisi Xaqani Əliyevdir.