Sumqayıt boksçuları “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirində iştirak ediblər.
Sumqayit24.az xəbər verir ki, yarış Bakı şəhərində təşkil olunub. Milli komandanın sıralarında mübarizəyə qoşulan Əli Ruşanov (44 kq), Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (66 kq) qızıl, Aynur İsmayılova (60 kq) gümüş, Həsən Şahmarlı (44 kq), Əflatun İsmiyev (54 kq), Səma Abbasova (70 kq) isə bürünc medal qazanıblar.
İdmançıların məşqçiləri Mahir Əliyev, Anar Baxışov, Rüfət Aslanov, Fariz Abbasov və Orxan Salmanovdur.