Gənc boksçular arasında Azərbaycan birinciliyi keçirilib.
Sumqayit24.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 64 komandanın 304 (278 kişi, 26 qadın) idmançısı qüvvəsini sınayıb.
Sumqayıt idmançıları Cəmilə Sultanlı (50 kq) və Aysun Mikayılova (52 kq) qızıl, Həsən Hacıyev (63,5 kq) və İlkin Şəmmədov (86 kq) isə gümüş medallar qazanıblar.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcəklər.