Sumqayıtlı boksçuların beynəlxalq turnirdə ilk rəqibləri bəlli olub. Sumqayıt24 bu barədə 14 sentyabr tarixində federasiyaya istinadən xəbər verir.
Serbiyanın Subotitsa şəhərində keçirilən turnirin püşkü atılıb. Püşkatmanın nəticələrinə əsasən, Nadir Məlikov (57 kq) 1/8 finalda Uralbek Abdıkadırovla (Qazaxıstan) qarşılaşacaq, Kənan Babayev (48 kq) isə 1/4 finalda Tali Tabalı (Hindistan) ilə üz-üzə gələcək.
Yarışda 21 ölkədən 189 idmançı qüvvəsini sınayacaq. Turnirin qalibləri isə sentyabrın 18-də məlum olacaq.