“Sumqayıt” futbol klubu “Qarabağ”ın qonağı olub.
Sumqayit24.az xəbər verir ki, matç Misli Premyer Liqasının 17-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
“Köhlən atlar” Musa Qurbanlının dublu, Nəriman Axundzadə, Redon Çica və Toral Bayramovun qolları ilə 5:0 hesablı qələbə qazanıb.