“Sumqayıt” futbol komandası növbəti oyuna hazırlaşır.
Sumqayit24.az xəbər verir ki, “Sumqayıt” Misli Premyer Liqanın V turunda “Neftçi” komandası ilə üz-üzə gələcək.
Qarşılaşma 21 sentyabr saat 19:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda həyata keçiriləcək. Oyun CBC Sport kanalında yayımlanacaq.