Bu gün Azərbaycan Kubokunda 1/8 final görüşlərinə yekun vurulacaq.
Sumqayit24.az xəbər verir ki, “Sumqayıt” saat 19:00-da Mehdi Hüseynzadə adına stadionda MOİK-lə qarşılaşacaq.
Sözügedən matçı qazanan komandanın növbəti mərhələdə qarşılaşacağı rəqib də müəyyənləşib. Bu klub “Sabah”dır.
Qeyd edək ki, “Sabah” “Turan Tovuz”u penalti seiyasında məğlub edib.