Sumqayıtda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yoqa festivalı keçirilib. Sumqayıt24 bu haqda 6 may tarixində xəbər verir.
“Bir əsrlik nəfəs” adlı festival Sumqayıt bulvarında baş tutub. Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri üzvləri, tanınmış idmançılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılara yoqanın əsasları təlimi keçirilib və sertifikatlar təqdim edilib.