Sumqayıtlı cüdoçular Beynəlxalq turnirdə yüksək nailiyyət əldə ediblər. Bu haqda bu gün, 17 fevral tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
Məlumata əsasən, Surə Hüseynova (52 kq) 1-ci, Xəlil İmanov (60 kq) və Azər İbrahimov (66 kq) 2-ci, Hacı Bayramlı (55 kq) isə 3-cü yerə layiq görülüblər.
Yarış Türkiyənin Ordu vilayətində yeniyetmələr arasında keçirilib. Turnirə idmançıları Şəhanə Hüseynova, Pərviz Paratov və Yengibar Əliyev hazırlayıblar.