Sumqayıt idmançısı 5-ci İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. Sumqayıt24 bu barədə 22 avqust tarixində xəbər verir.
Türkiyənin Konya şəhərində keçirilən yarışda cüdo üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandasının tərkibində çıxış edən Səbinə Əliyeva 3-cü yerə layiq görülüb. S.Əliyeva Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Məşqçi-müəllimi Ceyhun Əliyevdir.