top
“Sumqayıt” “dağılır”, klub prezidenti isə “İmişli”yə heyət qurur
31 may 2025, 05:49
- ↺ +

“Sumqayıt” “dağılır”, klub prezidenti isə “İmişli”yə heyət qurur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Sumqayıt” futbol klubunda “yarpaq tökümü” davam edir. Mövsümü uğursuz keçirən “kimyaçılar”ın əsas heyətinin üzvlərinin böyük əksəriyyəti özünə yeni iş yeri axtarır.

Futbolinfo.az-ın məlumatına görə, müqaviləsi bitən oyunçular klub rəhbərliyinə inamsızlığa görə “Sumqayıt”da qalmaq niyyətində deyillər. Menecer-prezident Riad Rəfiyev Premyer Liqaya yenicə vəsiqə qazanan “İmişli”nin heyətini qurmaqla məşğuldur. O, cavabdeh olduğu komandanı unudaraq qazanc əldə edəcəyi bölgə təmsilçisinin problemləri ilə məşğuldur. “İmişli”yə əcnəbi məşqçi və xeyli legioner gətirmək istəyən Rəfyev qollarını çırmalayıb.

“Sumqayıt”ın gedən futbolçuları açıqlamamasının səbəbi var. Belə ki, sayın çoxluğu klubda işlərin doğru getməməsinin ifşasıdır. Təsadüfi deyil, gedənlərin sayı 10-dan çoxdur. Qışda Nikola Vuynoviç, Cordan Rezabala, Fernando Medeiros, Slavişa Radoviç, Kristian Velinovski kimi əcnəbilərin yola salındığını nəzərə alsaq, hər transfer dövründə bu qədər dəyişiklik edilməsi transfer siyasətindəki yanlışlığın göstəricisidir.

Mövsüm bitən kimi legionerlərdən Georgi Karaişvili, Bobir Abdulxolikov, Tresor Mossi, Casurbek Caloliddinov, Silvanus Nimeli, Momo Yansane və Miloş Miloviç Sumqayıtla vidalaşıb, Alan Dias isə yol üstədir. Yeni müqavilə bağlamış Roy Kehat, Ronaldo Vaskes və zədəli İsa Sülimandan baqşa heç kim komandada qalmaq istəmir.

Yerli oyunçular da klub axtarışındadır. Elvin Bədəlov “Neftçi” ilə anlaşıbsa, Rövlan Muradov, Səbuhi Abdullazadə və Murad Xaçayev seçim edir. Müqaviləsi davam edən bəzi gənc oyunçular da anlaşmaya xitam vermək niyyətindədir.

Xüsuilə yerli oyunçuların gedişinin səbəbi istədikləri maaşı ala ala bilməmələridir. Komandaya heç bir fayda verməyən Nimeli kimi oyunçuların aylıq 12-13 min dollar alması, əsas heyət üzvlərinə isə çox kiçik məbləğlərin təklif edilməsi futbolçuların səbrini daşırıb. Düzdür, Silvanus bu məbləğin yalnız 1/3-ni qazanır, qalan məbləğ menecerlər arasında bölüşdürülür. İstənilən halda, klubun büdcəsindən çıxan pul dağıdılır, komanda daxilində narazılıq yaranır.

“Sumqayıt”ın yeni baş məşqçisinin müəyyən olunmaması da gedənlərin fikrini qətiləşdirib. Vaqif Cavadovun boş qoyduğu posta əcnəbi gətirilməsi ideyası var. Lakin klubun sponsorları daxildə baş verən proseslərdən xəbər tutub və Rəfiyevə qadağa qoyub. Menecer-prezident çıxış yolunu “Kəpəz”lə vidalaşan Azər Bağırovun təyinatında görür. Lakin mövcud oyunçu potensialı ilə Bağırov da qərar verməkdə tərəddüd edir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Dünən, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Dünən, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
19 oktyabr 2026, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Oxşar xəbərlər