“Sumqayıt” futbol klubu 19 yaşlı yarımmüdafiəçini transfer edə bilər. Sumqayıt24 bu barədə Apasport.az-a istinadən xəbər verir.
Məlumata görə, komandaya Rusiyanın “Strogino” klubunda çıxış edən Rüstəm Şabanov təklif olunub. Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi Azərbaycana gələcəyi təqdirdə, milliləşdirilərək gənclərdən ibarət yığmaya da çağırılacaq.