“Sumqayıt” futbol klubu bu gün, 19 yanvar tarixində almanlarla üz-üzə gələcək. Bu haqda Sumqayıt24 klubumuzun səhifəsinə istinadən xəbər verir.
Antalyada növbəti yoxlama oyununda Sumqayıt təmsilçisi "Berliner AK" klubu ilə qarşılaşacaq. Matçın start fiti yerli vaxtla saat 16:00-da səslənəcək.
Qeyd edək ki, 1-ci yoxlama oyununda “Sumqayıt” Polşanın “Yagelloniya”sı ilə qolsuz bərabərə qalıb.