“Sumqayıt” futbol klubu yoxlama oyununda özünə Polşa komandasını rəqib seçib. Sumqayıt24 bu haqda Polşa mətbuatına istinadən xəbər verir.
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt”, adıçəkilən ölkənin “Yagelloniya” klubu ilə üz-üzə gələcək. Matçın tarixi hələ ki ictimaiyyətə açıqlanmayıb.
Xatırladaq ki, komandamız 16 yanvar tarixində Macarıstanın “Uypeşt” klubu ilə qarşılaşmalı idi. Lakin, oyun müəyyən səbəblərdən təxirə salındı.