“Sumqayıt” futbol klubu bu gün, 22 yanvar tarixində sonuncu yoxlama oyununu keçirəcək. Bu haqda klubumuzun rəsmi İnstagram səhifəsində məlumat verilib.
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” Şimali Makedoniyanın "Şkupi"si ilə qaşılaşacaq. Matça Bakı vaxtı ilə 17:00-da start veriləcək.
Xatırladaq ki, “kimyaçılar” ötən oyunda Almaniyanın "Berliner AK" komandasına 3 top fərqi ilə yenilib.