“Sumqayıt” futbol klubunun aparıcı yarımmüdafiəçilərindən biri komandadan ayrılıb. Sumqayıt24 bu haqda 18 iyun tarixində “CBC Sport”-a istinadən xəbər verir.
Milli komandanın da üzvü olan 25 yaşlı Rəhim Sadıxov yeni mövsümü "Zirə"nin heyətində açacaq. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rəhim Sadıxov, Əli Qurbani ilə bərabər, mövsüm ərzində “Sumqayıt”-ın heyətində ən çox fərqlənmiş oyunçu adını qazanıb.