"Sumqayıt" futbol klubu Araz Abdullayevlə müqavilə imzalayıb. Bu haqda bu gün, 15 yanvar tarixində klubun rəsmi hesabında məlumat yayılıb.
Məlumata əsasən, klub futbolçu ilə 6 ay + 2 illik şərti müqavilə imzalayıb. Abdullayev "78" nömrəli formada çıxış edəcək.
29 yaşlı Abdullayev son klubu olan “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb.