“Sumqayıt” futbol klubunun bir qrup azarkeşi futbolçulardan narazılıqlarını ifadə ediblər. Sumqayıt24 bu haqda Sportinfo.az-a istinadən xəbər verir.
Belə ki, bir qrup azarkeş komandanın məşqini izləmək üçün “Kapital Bank Arena” stadionuna gəlib. Bu zaman onlar, klubun və şəhərin uğurlarını düşünməyən, yaradılan şəraitə rəğmən burada qalmaq həvəsi olmayan oyunçuların düşərgədən göndərilməsini istəyib.
Baş məşqçi Aleksey Baqa iradlarla razılaşıb. Daha sonra isə mövsümün sonuna 2 ay qalmış «təmizləmə əməliyyatı» aparmağın təhlükəli olduğunu, kardinal islahatları mayın sonuna saxladığını bildirib.
O, indiki halda gənclərə üstünlük verməyin komandanı düşdüyü vəziyyətdən çıxarmayacağını vurğulayıb.