“Sumqayıt” futbol klubu braziliyalı oyunçunu heyətinə qatmaq istəyir. Sumqayıt24 bu haqda 10 iyun tarixində Sportinfo.az-a istinadən xəbər verir.
Komandamız “Qarabağ”ın müqavilə müddətini artırmadığı yarımmüdafiəçi Riçard Almeyda ilə danışıqlara başlayıb. Ona 1 illik müqavilə təklif edilib.
Qeyd edək ki, 33 yaşlı orta sahə oyunçusunun daha 2 dəvəti olduğundan o, hələ yekun qərarını verməyib.