“Sumqayıt” futbol klubu cərimələnib. Bu qərar AFFA-nın İntizam Komitəsi tərəfindən verilib. Sumqayıt24 bu haqda assosiyasiyanın rəsmi saytına istinadən xəbər verir.
“Neftçi” ilə oyunda komandamızın futbolçusu Camaləddin Xocaniyazov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. Məhs bu səbəbdən o, 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, klub isə 1600 manat məbləğində cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilir (maddə 36.1).