“Sumqayıt” FK daha bir futbolçunu transfer edib. Bu haqda bu gün, 19 iyul tarixində klubun Facebook hesabına istinadən xəbər veririk.
"Gənclik şəhəri" heyətinə 26 yaşlı yarımmüdafiəçi Rifat Nurmuqameti qatıb. Qazaxıstanlı idmançı ilə imzalanmış müqavilənin detalları bəlli deyil.
Rifat Nurmuqamet, son olaraq, ölkəsində "Maktaaral" klubunda çıxış edib.