“Sumqayıt” futbol klubu böyük hesabla məğlub olub. Komandamız “Kapital Bank Arena” stadionunda “Qəbələ” təmsilçisini qəbul edib.
Premyer liqanın 17-ci turu çərçivəsində baş tutan oyun 4-0 hesabı ilə bitib. Qolları 2-ci dəqiqədə Rafael Utriq, 39-cu dəqiqədə Ruan Renato, 41-ci dəqiqədə Rövlan Muradov, 68-ci dəqiqədə isə Murad Musayev vurub.
Bu qarşılaşmadan sonra, “Sumqayıt”ımız 13 xalla 7-ci yerdədir