“Sumqayıt” futbol klubu millimizin sabiq qapıçısını heyətinə qatıb. Sumqayıt24 bu haqda klubun sosial şəbəkə hesabına istinadən xəbər verir.
Məlumata görə, klubumuz 30 yaşlı Ukrayna əsilli Andrey Popoviçlə cari mövsümün sonunadək müqavilə imzalayıb. Razılığa əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.
Qeyd edək ki, qolkiperin son klubu Ukraynanın LNZ-si olub.