“Sumqayıt” futbol klubu “Qəbələ” ilə cavab oyununa çıxacaq. Oyun 13 fevral tarixində baş tutacaq. Bu haqda klubumuzun rəsmi İnstagram səhifəsində məlumat verilib.
Matç Qəbələ şəhər stadionunda, Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək. Qarşıdurma saat 15:00-da başlanacaq və “CBC” Sport kanalı ilə canlı olaraq yayımlanacaq.
Xatırladaq ki, şəhərimizdə baş tutmuş oyun, rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb.