“Sumqayıt” FK yoxlama oyununu heç-heçə ilə başa vurub. Bu haqda bu gün, 21 iyul tarixində kluba istinadən xəbər veririk.
Türkiyənin paytaxtı Ankaranın Qızılcahamam bölgəsində “Bandırmaspor”la keçirilən görüş 2:2 hesabı ilə yekunlaşıb. Matçda “Sumqayıt” FK-nın qollarını 58-ci dəqiqədə komandamızda yoxlanışda olan toqolu Ouro-Nile Ture və 90-cı dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçiriblər.
Komandamız Qızılcahamamda daha 2 sınaq matçı keçirməyi planlaşdırır.