“Sumqayıt” futbol klubu ölkə kubokunda sonadək irəliləmək niyyətindədir. Bu sözləri, Report-a açıqlamasında klubun kapitanı Vurğun Hüseynov deyib.
Hüseynov, fevralın əvvəlində baş tutacaq ölkə kuboku və Premyer Liqa oyunlarına tam hazır olmaq istədiklərini dilə gətirib. O, liqada hazırkı mövqedən daha yuxarı pillələrdə qərarlaşmağa çalışacaqlarını, kubokda isə sonadək irəliləmək niyyətində olduqlarını bildirib.
Kapitan istefaya göndərilmiş Ayxan Abbasov haqqında da danışıb: "Ayxan müəllim hər birimizlə yaxın olub. 4 ilədək birlikdə çalışdıq. Rəhbərlik belə qərar veribsə, əlimizdən gələn bir şey yoxdur. Ona həm həyatda, həm də gələcək karyerasında uğurlar arzulayıram".