“Sumqayıt” futbol klubu qoyulan legioner limitindən narazıdır. Sumqayıt24 bu haqda bu gün, 6 iyun tarixində Sportinfo.az-a istinadən xəbər verir.
Məlum olduğu kimi, kluba qarşı qeyri-rəsmi olaraq tətbiq edilən əcnəbi qadağası ləğv olunub. Bu qərar ötən həftə keçirilən Müşahidə Şurasının iclasında qəbul edilib. Lakin mövzu ilə bağlı bəzi suallar açıq qalmaqdadır.
Belə ki, federasiya onların yalnız 3 əcnəbinin transfer etməsini istəyirsə, “kimyaçılar“ bu rəqəmin minimum 5-ə çatdırılmasında israrlıdır.