“Sumqayıt”ın baş məşqçisi komandanı “gizlətməyə” başlayıb. Sumqayıt24 bu barədə Sportinfo.az-a istinadən xəbər verir.
“Sükan arxasında” Aleksey Baqanı əvəzləyən sumqayıtlı Samir Abasov yenilik tətbiq edib. Təcrübəli mütəxəssis gündəlik məşq prosesinin qapalı keçirilməsini qərara alıb.
O, hətta klubun sıravi işçilərinin də tribunadan məşqi izləmələrinə icazə vermir.