“Sumqayıt” futbol klubunun oyunçuları millimizin yoldaşlıq oyunlarına dəvət alıb. Sumqayıt24 bu haqda AFFA-nın saytına istinadən xəbər veririk.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 21 - 24 mart tarixlərinə Sloveniyada təlim-məşq toplanışında olacaq. Toplanış zamanı, komandamız həmin ölkənin millisi ilə 2 oyun keçirəcək. İlk matç 22 mart, növbəti qarşılaşma isə 24 mart tarixlərində baş tutacaq.
Bu oyunlara “Sumqayıt” klubunun futbolçuları Xəyal Fərzullayev, Ayxan Süleymanlı və İxtiyar Məmiyev də cəlb olunacaqlar.