“Sumqayıt” futbol klubunun idmançıları milliyə dəvət alıblar. Bu haqda 3 may tarixində Sumqayıt24 xəbər verir.
Bakıda U-15 futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışı keçiriləcək. 4-10 may tarixləri arasında baş tutacaq toplanışda iştirak etmək üçün "Sumqayıt" FK-nın 4 futbolçusu - Tunar Mehdiyev, Pünhan Kərimov, Əli İsrafilov və Əli Cəlilzadə komandaya dəvət alıblar.