Bu gün, 6 yanvar tarixində “Kapital Bank Arena” stadionunda “Sumqayıt” FK-nın yeni baş məşqçisi Aleksey Baqanın təqdimat mərasimi keçirilib. Bu haqda "Report"a istinadən xəbər veririk.
Məlumata əsasən, 41 yaşlı məşqçi bildirib: "Şəxsi tanışlıq və üzbəüz münasibətlərin yerini heç nə vermir. Amma klub haqqında bütün məlumatlara sahibəm".
"Komanda artıq bu futbolçularla uğurlar qazanıb. Mənim özümə də yerlilərlə işləmək maraqlı olacaq. Düzdür, bütün klublarda legionerlər çıxış edir. Amma mən “BATE”-də yerli gənclərlə bir neçə il Çempionlar Liqasında çıxış etmişəm. Bunun sayəsində şəhərin də prestiji qalxır", - deyə Baqa əlavə edib.
Bundan əlavə mətbuat konfransında “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev bildirib ki, klubun heyətində bundan sonra da yalnız yerli futbolçular çıxış edəcək.