“Sumqayıt” FK-nın oyunçularının cəzaları yumşaldılıb. Bu haqda bu gün, 21 aprel tarixində Sportinfo-ya istinadən xəbər veririk.
Məlumata əsasən, məşqə gecikən Araz Abdullayev 1000 manat, Vüqar Bəybalayev isə 500 manat məbləğində cərimələniblər.
Daha öncə, baş məşqçi Aleksey Baqa hər iki futbolçuya 2 min manat dəyərində cərimə kəsmişdir. Lakin, o Bəybalayevin komandanın ən az ödənişli oyunçularından biri olduğunu bildikdən sonra cəriməni aşağı saldı.
Cəza dəyişmədiyi təqdirdə Bəybalayev 3-4 ay əməkhaqqı almayacaqdır.