“Sumqayıt” futbol klubu Cəmaləddin Xocaniyazova yeni müqavilə təklif edib. Sumqayıt24 bu haqda bu gün, 29 aprel tarixində AZƏRTAC-a istinadən xəbər verir.
Məlumata görə, kollektivin aparıcı oyunçusu olan Xocaniyazovla danışıqlar davam edir. Razılaşma əldə olunduğu halda, müdafiəçi 2024-cü ilin yayınadək komandada qalacaq.
Qeyd edək ki, Türkmənistan əsilli futbolçu 2019-cu ildən “kimyaçılar”ın formasını geyinir.