Sumqayıt futbolçusu Azərbaycan milli komandasının tərkibində çıxış edəcək. Sumqayıt24 bu barədə 23 avqust tarixində Affa.az-a istinadən xəbər verir.
18 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində “Sumqayıt” FK-nın idmançısı Xəyal Fərzullayev yer alıb. Komandamız hazırlıq çərçivəsində avqustun 27-də və 30-da türkiyəli yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək.