"Sumqayıt” FK daha bir məşqçi ilə müqavilə imzalayıb. Bu haqda bu gün, 22 iyul tarixində kluba istinadən xəbər veririk.
Yeni təyinata əsasən, serbiyalı Qoran Başiç komandamızın fiziki hazırlıq üzrə mütəxəssisi olacaq. Onunla 1 illik müqavilə imzalanıb.
38 yaşlı Başiç ölkəsinin “Voyvodina”, Taylandın “Buriram Yunayted” klublarında və Serbiyanın U-18 millisində çalışıb.