"Qəbələ" - "Sumqayıt" qarşılaşmasına təyin olunan hakimlərin adları məlum olub. Bu haqda bu gün, 11 fevral tarixində Sumqayıt24 Futbol Klubunun İnstagram hesabına istinadən xəbər verir.
13 fevral Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu aşağıda qeyd etdiyimiz hakimlərə həvalə olunacaq:
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev;
Hakim-inspektor: Feyzulla Feyzullayev;
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Matç 15:00-da başlayacaq və “CBC” Sport kanalı ilə canlı yayımlanacaq.