“Sumqayıt” futbol klubunun növbəti matçına təyinat olub. Sumqayıt24 bu haqda bu gün, 7 may tarixində AFFA-nın saytına istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, təmsilçimiz Premyer liqanın 26-ci turu çərçivəsində “Şamaxı”nı qəbul edəcək. Bu oyunu aşağıda adlarını qeyd etdiyimiz hakimlər idarə edəcək:
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli;
Hakim-inspektor: İmanxan Sultani;
AFFA nümayəndəsi: Mübariz Hüseynov.