“Sumqayıt” FK “Neftçi”-ni qəbul edəcək. Bu haqda bu gün, 27 aprel tarixində Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər veririk.
Məlumata əsasən, Premyer liqanın 25-ci turunun matçı 4 may saat 20:00-da “Kapital Bank Arena” stadionunda keçiriləcək. Qarşılaşma “pfl.az” saytında canlı yayımlanacaq.
Qeyd edək ki, hazırda “Sumqayıt” turnir cədvəlinin 7-ci, “Neftçi” isə 2-ci pilləsində qərarlaşıblar.