“Sumqayıt” futbol klubunun rəqibi cərimələnib. Bu haqda AFFA-nın rəsmi saytına istinadən xəbər veririk.
İntizam Komitəsinin qərarı ilə "Qəbələ" klubu 800 manat cərimələnib. Səbəb isə, onların Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a qarşı keçirdikləri oyunda, qayda pozunutlarına görə 4 oyunçusunun sarı vərəqə almasıdır.
Xatırladaq ki, həmin oyun 1:1 hesablı heç-heçə ilə bitib.