“Sumqayıt" futbol klubunun yeni transferi düşərgəyə qoşulub. Sumqayıt24 bu haqda bu gün, 26 aprel tarixində Sportinfo.az-a istinadən xəbər verir.
Məlumata görə, 27 yaşlı hücumçu Anatoli Nuruyev axşam saatlarında Bakıya gəlib və artıq klubumuzun ilk məşqində iştirak edib. O, bunadək Ukraynanın “Kolos” klubunda oynayıb.
Qeyd edək ki, Anatoli mövsümün sonunadək “kimyaçıların” heyətində 91 nömrəli forma ilə çıxış edəcək.