“Sumqayıt” futbol klubunun Premyer liqanın 20-ci turundakı rəqibi bəlli olub. Bu haqda klub bu gün, 14 mart tarixində rəsmi İnstagram səhifəsində məlumat yayıb.
Klubumuz 18 mart tarixində “Keşlə”nin qonağı olacaq. Matç “ASK Arena” stadionunda saat 17:00-da start götürəcək. Oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.