“Sumqayıt” futbol klubunun oyunu gənc hakimə həvalə edilib. Sumqayıt24 bu haqda, bu gün 25 fevral tarixində AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Məlumata görə, Premyer Liqanın 17-ci turu çərçivəsində keçiriləcək “Sumqayıt” - ”Qəbələ” matçı aşağıdakı hakimlərə tapşırılıb:
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Rəhman İmami, Fərid Hacıyev;
Hakim-inspektor: Munis Abdullayev;
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Qeyd edək ki, oyun 27 fevral saat 19:15-də, “Kapital Bank Arena” stadionunda başlayacaq.