“Sumqayıt” FK Misli Premyer Liqasının 2-ci turunda məğlubiyyətə uğrayıb. Bu barədə Sumqayıt24 15 avqust tarixində klubun rəsmi səhifəsinə istinadən xəbər verir.
"Kapital Bank Arena"da keçirilən matç "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gərgin keçən qarşılaşmada qolları oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Musa Qurbanlı və Filip Ozobiç vurublar.