“Sumqayıt” klubunun baş məşqçisi sərt tədbirlər görüb. Sumqayıt24 bu haqda 14 noyabr tarixində Sportinfo.az-a istinadən xəbər verir.
Premyer Liqanın 14-cü turunda “Şamaxı” ilə səfər matçı keçirən klubumuz 2:4 hesabı ilə məğlub olub. Sərgilənən oyundan kəskin narazı qalan Samir Abasov “təmizləmə işləri”nə başlayıb.
O, Vüqar Bəybalayevi düşərgədən uzaqlaşdırıb. Yarımmüdafiəçi bir müddət əvəzedici heyətlə məşqə çıxacaq.