“Sumqayıt” futbol klubu daha bir Türkiyə təmsilçisi ilə qarşılaşacaq. Bu haqda 25 iyul tarixində Sumqayıt24 xəbər verir.
“Kimyaçılar” yeni mövsümə hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirir. “Bandırmaspor”la heç-heçədən (2:2) sonra, komandamız 1-ci Liqa təmsilçisi "Samsunspor"la üz-üzə gələcək. Oyun bu gün, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.