AFFA-nın təşkil etdiyi U-16 liqasında 30-cu turun oyunları keçirilib. Bu haqda 14 aprel tarixində Sumqayıt24 xəbər verir.
“Sumqayıt” FK “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Qarabağ”lı həmyaşıdları ilə üz-üzə gəlib. Komandamız 3:0 hesablı qələbə qazanıb. Toğrul Tapdıqlının dubl etdiyi matçda digər qolu Ülvi Əliyev rəqib qapısından keçirib.