"Sumqayıt" FK U-19 komandası qələbə qazanıb. Bu haqda Sumqayıt FK-nın Facebook səhifəsinə istinadən məlumat veririk.
Belə ki, "Sumqayıt" FK U-19 komandası səfərdə "Qəbələ" ilə qarşılaşıb. Nəticədə Zahir Əsgərzadənin yetirmələri Alı Alının dublu ilə rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Sumqayıt"-ın U-16 komandası da "Kapital Bank Arena"da "Gəncə" TİM ilə qarşılaşaraq, onları 2:0 hesabı ilə məğlub edib.