“Sumqayıt” FK Türkiyə toplanışını yekunlaşdırıb. Bu barədə 30 iyul tarixində məlumat veririk.
Yeni mövsüm üçün qardaş ölkədə hazırlıq keçən “Sumqayıt” FK təlim-məşq toplanışının 2-ci mərhələsini başa vurub. Komandamız bu gün axşam saatlarında vətənə çatacaq.
Aleksey Baqanın yetirmələri bir günlük istirahətin ardından Premyer liqanın ilk turunun hazırlıqlarına başlayacaq.