“Sumqayıt” futbol klubunun apellyasiya şikayəti təmin olunub. Sumqayıt24 bu haqda bu gün, 11 aprel tarixində AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bu qərar Apellyasiya Arbitraj Tribunalı tərəfindən qəbul edilib. Nəticədə, Oyunçuların Statusu və Transferi Komitəsinin “Klubda baş məşqçi köməkçisi vəzifəsini icra etmiş Elnur Çodarova Klub tərəfindən kompensasiya ödənilməsi” barədə martın 17-dəki qərarı ləğv olunub.