“Sumqayıt” futbol klubu apreldə transfer etdiyi oyunçu ilə yollarını ayırıb. Sumqayıt24 bu haqda 9 iyun tarixində xəbər verir.
Söhbət 26 yaşlı yarımmüdafiəçi Anatoli Nuriyevdən gedir. Futbolçu “Sabah” klubu ilə 3 illik müqavilə bağlayıb. O, 9 nömrəli formada çıxış edəcək.